İyunun 2-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bakuplus.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Səhər saatlarından arabir güclənən şimal-qərb küləyi axşam tədricən mülayimləşəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.