Suraxanı rayonunda məhəllədaxili küçələrdə təmir işləri aparılır. Bu haqda BakuPlus.az rayon İH-nin mətbuat xidmətinə istinadən bu gün, 15 avqust tarixində xəbər verir.
Rayon ərazisində vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə qəsəbələrarası və məhəllədaxili küçələrdə təmir-tikinti işləri davam etdirilir.
Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Hövsan qəsəbəsi, Südçülük sovxozu adlandırılan yaşayış sahəsində uzunluğu 1300 metr olan yolda 7800 kv.m sahədə asfalt örtüyü salınır.
Rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdiriləcək.