top
Taksi sürücüsü ona yol verməyən şəxsin boynunu sındırıb
04 fevral 2025, 05:46
- ↺ +

Taksi sürücüsü ona yol verməyən şəxsin boynunu sındırıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda ona yol vermək istəməyən şəxsin boynunu sındıran taksi sürücüsünə hökm oxunub.

Qafqazinfo.az xəbər verir ki, hadisə ötən il mayın 30-da saat 04:30 radələrində Bayılda baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Elmar Bağırov (ad, soyad şərtidir) həmin vaxt taksi kimi idarə etdiyi avtomobillə sifariş qəbul etməyə gedib.

Bu zaman Xəyyam dostu Rasim və iki qadının olduğu avtomobildə tək hərəkət zolağının olduğu yola daxil olub.

Nəticədə bir-birinə yol vermək üstündə sürücülər arasında mübahisə yaranıb. Mübahisə zəminində sərxoş vəziyyətdə olan Xəyyam taksi sürücüsü Elmara hücum edib. Lakin o, yerə yıxılıb. Bu zaman Elmar yerdə olan şəxsin boynunu sıxaraq ona ağır xəsarət yetirib.

Xəyyam hər iki əl və ayaqlarının hərəkətinin pozulması ilə nəticələnən və onurğa beyninin ağır dərəcəli əzilməsi, 3-cü boyun fəqərəsinin sınıq-çıxığı ilə müşayiət olunan qapalı fərəqə sütunu travması alıb. Boynu sınan şəxs ağır vəziyyətdə evinə aparılıb.

Zərərçəkmiş şəxsin qardaşı ifadəsində bildirib ki, hadisə nəticəsində Xəyyamın bədəninin 95 faizi funksionallığını itirib: “Hadisə günü gecə saat 04:25-də Rasim adlı dostu qardaşım Xəyyamı halsız və içkili vəziyyətdə gətirib mənə təhvil verdi. Daha sonra Xəyyamı Rasimin maşını ilə təcili tibbi yardım stansiyasına apardıq. Orada içkili olduğu üçün Xəyyamı “Semaşko”ya apararaq mədəsini yuduzdurmalı olduğumuzu dedilər. Xəyyam özünə gəldikdən sonra xəstəxanaya getmək istəmədiyini dedi. Çünki Xəyyamın özünün də boynunun sınmasından xəbəri yox idi. Qardaşım yaxşı olduğunu dedikdən sonra onu evdə qoyaraq işə getdim.

Axşam saat 5-6 radələrində bacım zəng edərək Xəyyamın boynundan aşağı bədən hissəsini hiss etmədiyni dedi. Mən çatana qədər polislər evimizə getmişdi və Xəyyamı TTYS-ə apardılar. 2-3 gün sonra qonşunun qapısında quraşdırılmış müşahidə kameralarına düşmüş videogörüntüyə baxdıqda təqsirləndirilən şəxslə Rasimin mübahisəsi olduğunu, Xəyyamın araya girdiyini və mübahisə nəticəsində belə bir hadisə olduğunu gördük. Hazırda qardaşımın bədəninin 95 faizi işləmir. Xəyyam ümumilikdə 55 gün xəstəxanada qaldı. 50 gün müddətində süni tənəffüs aparatında oldu”.

İbtidai istintaq Elmarı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham etsə də, məhkəmə bununla razılaşmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsin 130.1-ci, yəni, “zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə təqsirli bilinməsinə qərar verib.

Ona 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib və elektron qolbaq taxılıb.

Son xəbərlər

Xəbər
Bu gün, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Bu gün, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Bu gün, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Bu gün, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Bu gün, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Bu gün, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Bu gün, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Bu gün, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Bu gün, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Bu gün, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Oxşar xəbərlər