Moskvada yaşayan azərbaycanlı biznesmen Mehman Cabbarovun dünən qəfildən 58 yaşında vəfat edib.
Redaktor.az xəbər verir ki, xeyriyyəçi kimi tanınan M.Cabbarovun ölümü onu tanıyanları dərindən sarsıdıb.
Sosial şəbəkədəki paylaşımlarda bildirib ki, M.Cabbarov xərçəng xəstəliyindən dünyasını dəyişən "Toppuş bacı" kimi tanınan Tünzalə Əliyevanın da müalicəsi üçün bir vaxt 10 min dollar kömək edib. Həmçinin bildirilib ki, M.Cabbarov 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusuna 20 min dollar ianə edib.
Qeyd edək ki, M.Əliyev çox sayda insanı şəxsi hesabına Həcc ziyarətinə də göndərib.