top
Vüqar Bayramov kredit faizlərinin yüksəlməsini ŞƏRH ETDİ
03 fevral 2025, 05:07
- ↺ +

Vüqar Bayramov kredit faizlərinin yüksəlməsini ŞƏRH ETDİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son zamanlar insanlar kredit faizlərinin yüksəlməsindən narazılıq edirlər. Bu, ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Bəs görəsən, bunun səbəbləri nədir? Kredit faizləri niyə yüksəlir? Qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, bank sektorunda ən çox müzakirə edilən məsələlərdən biri də kredit faizləri ilə bağlıdır:

Vüqar Bayramov kredit faizlərinin yüksəlməsini ŞƏRH ETDİ

“Son illər kredit faizlərinin aşağı düşəcəyi gözləntiləri olsa da, əksinə, kredit faizlərində artımlar qeydə alınmaqdadır. Monitorinqlər göstərir ki, banklarda, xüsusən də sistem əhəmiyyətli banklarda istehlak kreditlərinin faizlərində hiss edilən artımlar var. Kredit faizlərindəki artımı Mərkəzi Bankın rəsmi göstəriciləri də təsdiq edir.

Mərkəzi Bankın məlumatına görə, banklar 2023-cü ilin yanvarına 19 milyard 594 milyon manat kredit portfeli ilə daxil olublar. O zaman Mərkəzi Bank ölkə üzrə orta kredit faizinin 12.27 faiz olduğunu açıqlayıb. Bir il sonra Mərkəzi Bank ölkə üzrə kredit portfelinin 23 milyard 182 milyon manat olduğunu, faiz dərəcəsinin isə cüzi olsa da artaraq 12.58 faizə çatdığını bəyan edib”.

V.Bayramov qeyd edib ki, bu il yanvarın 1-nə olan məlumata görə, kredit portfeli 27 milyard 477 milyon manata çatsa da, kredit faizləri də yüksələrək 13.19 faiz olub:

“Göründüyü kimi, son iki ildə ölkə üzrə orta kredit faizi 12.27 faizdən 13.19 faizədək yüksəlib. Nəzərə almaq lazımdır ki, ölkə üzrə orta kredit faizlərinə ipoteka və real sektordakı digər güzəştli kreditlər üzrə faizlər təsir göstərir. Reallıqda isə, istehlak kreditləri üzrə faizlər ölkə üzrə orta faizdən xeyli yüksəkdir”.

“Kredit faizlərinin yüksəlməsi daha çox bankların cəlb etdiyi vəsaitlərin nisbətən bahalaşması ilə əlaqədardır. Son bir ildə sistem əhəmiyyətli banklarda depozit faizlərinin yüksəlməsi bankların bahalı vəsaitlər cəlb etməsinə səbəb olub. Bu, eyni zamanda kredit faizlərinə də təsirsiz ötüşməyib. Kapital bazarındakı faiz dərəcələri də kredit faizlərinə təsir edən faktorlardandır.

Bu kontekstdən, Mərkəzi Bank tərəfindən kredit faizlərinin optimallaşdırılması ilə bağlı tədbirlər ilə yanaşı, bankların daha ucuz resurslara çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var. Çünki kredit faizlərinin yüksəlməsi əhalinin daha bahalı borclanması ilə yanaşı, real sektorda da izafi xərcləri artırır”, - deyə V.Bayramov fikrini tamamlayıb.

Son xəbərlər

Xəbər
Bu gün, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Bu gün, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Bu gün, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Bu gün, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Bu gün, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Bu gün, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Bu gün, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Bu gün, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Bu gün, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Bu gün, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Oxşar xəbərlər