top
Vüqar Qurbanovun həbsinə hazırlıq gedir
18 fevral 2026, 10:27
- ↺ +

Vüqar Qurbanovun həbsinə hazırlıq gedir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi. Qərar rəsmən elan olunsa da, səbəblər barədə ictimaiyyətə hər hansı geniş izah verilmədi. Sabiq rəhbər özü isə TƏBİB-in Müşahidə Şurasının qərarını "normal qarşıladığını" bildirməklə kifayətləndi.

Amma bu açıqlama suallara aydınlıq gətirmədi. Çünki bu qərar əksəriyyət tərəfindən səhiyyə sistemi daxilində daha ciddi proseslərin başlanğıcı kimi qiymətləndirilir.

Modern.az-ın əldə etdiyi məlumatlara görə, məsələ adi kadr dəyişikliyi çərçivəsindən xeyli kənardadır. Hətta sabiq rəhbərin yaxın günlərdə hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb ediləcəyi, həbsinin qaçılmaz olduğu iddiaları səslənir.

Maraqlıdır ki, qərardan dərhal sonra sabiq rəhbərə yaxın media resurslarında yumşaq tonlu, məsuliyyəti minimuma endirən yazılar yayımlandı. Bu isə ictimai rəyin yönləndirilməsi cəhdi kimi qiymətləndirilə bilər. Lakin rəsmi izahın olmaması iddiaların daha da böyüməsinə şərait yaradır.

Redaksiyaya daxil olan məlumatlarda ən ciddi məqam qurum daxilində qərarvermə mexanizmlərinin şəxsi münasibətlər üzərindən formalaşmasıdır. İddialara görə, TƏBİB-də əsas idarəçilik rıçaqları sabiq rəhbərin yaxın çevrəsinin əlində cəmləşibmiş.

Əgər bu məlumatlar təsdiqini tapsa, söhbət sadəcə etik pozuntudan deyil, dövlət idarəçiliyində maraqlar toqquşmasından və vəzifə səlahiyyətlərindən sui-istifadədən gedə bilər. Bu isə artıq hüquqi müstəviyə çıxarıla biləcək məsələdir.

Digər diqqətçəkən məqam sabiq rəhbərin səhiyyə naziri postuna iddialı olması ilə bağlı yayılan informasiyadır. Qeyd edək ki, Azərbaycanda səhiyyə siyasətinin formalaşdırılmasına görə məsul qurum Səhiyyə Nazirliyidir.

TƏBİB isə icraedici funksiya daşıyır və İcbari Tibbi Sığorta sisteminin tətbiqində əsas rol oynayır.

Mənbələr bildirir ki, məsələ təkcə kadr dəyişikliyi ilə yekunlaşmaya bilər. Hüquq-mühafizə orqanlarının araşdırma apardığı iddia olunur. Söhbət maliyyə intizamı, satınalmalar, kadr təyinatları və struktur qərarlarının qanunauyğunluğundan gedir.

TƏBİB son illər milyardlarla manatlıq dövlət vəsaitinin dövriyyədə olduğu quruma çevrilib. Bu isə avtomatik olaraq şəffaflıq və hesabatlılıq məsələsini prioritetə çıxarır. Əgər audit və ya istintaq nəticəsində pozuntular aşkar edilərsə, cinayət işinin başlanması istisna deyil.

Hazırda ortada rəsmi ittiham yoxdur. Lakin fakt budur ki, səbəbsiz və izahsız uzaqlaşdırma dövlət idarəçiliyində nadir hallarda baş verir.

Bir məsələ aydındır ki, proses yeni başlayır. Və görünən odur ki, "bu xəmir" həqiqətən də çox su aparacaq.

Son xəbərlər

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Oxşar xəbərlər