Bakının Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, “Xətai Park” Yaşayış Kompleksinin yaxınlığında ağaclar quruyur. Bu haqda 9 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Ərazidə şam ağaclarının qurudulması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Ağacların dibindən torpaq nümunələri götürülüb və məlum olub ki, ağaclar kənar müdaxilə nəticəsində deyil, onlara düşən xəstəlik səbəbindən quruyur.
Qurumuş ağacların əvəzinə payızda yeniləri əkiləcək.