Bakı Metropoliteninin “Xocəsən” stansiyası açılışa hazırdır. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az xəbər verir.
Sözügedən stansiyada tamamlanma işləri aparılır, onun qarşısında isə yerüstü piyada keçidi inşa edilib. Əraziyə asfalt örtüyü vurulub, xüsusi parkinq yerləri yaradılıb.
Stansiyanın cari ayın sonuna qədər istifadəyə verilməsi gözlənilir.
“Xocəsən” stansiyası Bakı Metropoliteninin bənövşəyi xəttində yerləşir. Stansiya “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları ilə bir xətdə olacaq.
[URIS id=82780]