Bakıda və Abşeron yarımadasında yaxın günlərdə gözlənilən hava şəraiti məlum olub. Bu haqda bu gün, 13 dekabr tarixində Apa.az məlumat verir.
Məlumata görə, dekabrın 14-ü axşam və 15-də, sonra isə ayın 16-sı axşamdan 17-si səhər və gecə saatlarında şimal küləyinin arabir 15-17 metrə qədər güclənəcəyi proqnozlaşdırılır:
“Havanın temperaturu ötən həftə ilə müqayisədə 2-3 dərəcə yüksələcək və öz iqlim normasına yaxınlaşacaq”.