top
Ayrılmaq istəyən sevgilisini öldürən: “Qucaqlayıb bıçaqladım”
17 oktyabr 2024, 05:07
- ↺ +

Ayrılmaq istəyən sevgilisini öldürən: “Qucaqlayıb bıçaqladım”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xətai rayonunda 22 yaşlı qadını küçədə bıçaqla öldürməkdə, rəfiqəsinə isə xəsarət yetirməkdə ittiham olunan Səbuhi Qürbətovun məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə məlum olub ki, qətlə yetirilən Elnarə Cabbarova ilə Səbuhi sevgili olub.

Hadisədən əvvəl onlar bir yerdə yaşayıb. Günlərin birində aralarında yaranan mübahisəyə görə Səbuhi Elnarənin paltarlarını küçəyə atıb. Bundan sonra yaşananlar isə cinayətə gətirib çıxarıb: “Telefonda dalaşdıq, məni təhqir etdi. Buna dözə bilməyib evlərinin önünə gəldim. Amma yenə nalayiq sözlər işlətdi. Bu vaxt onu qucaqlayıb kürəyindən bıçaqladım. Peşmanam”.

Məhkəməyə sədrlik edən hakim Azər Tağıyev baş verənlərə görə təqsirləndirilən şəxsi qınayaraq, “bilirsən ki, kasıb və heç kəsi olmayan qızdır. Yaxşı, bu hansı kişiliyə sığır ki, sən uzun müddət bir yerdə yaşadığın qızın əşyalarını yığ, tulla çölə…budur sevgi?” - deyib.

Cinayət isə səhər saatlarında iri marketlərdən birinin qarşısında baş verib. Səbuhi restoranda ofisiant işləyən sevgilisini ondan ayrılmaq istədiyinə görə 18 bıçaq zərbəsi ilə öldürüb. Bundan sonra onun rəfiqəsinə və özünə eyni bıçaqla yüngül xəsarət yetirib.

Elnarənin yaxınları Səbuhiyə qanunun icazə verdiyi ən ağır cəzanın təyin olunmasını xahiş edib.

Bu gün sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Səbuhi xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla adam öldürməkdə və qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirli bilinərək 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Oxşar xəbərlər