Xətai rayonunda piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 29 yanvar tarixində Report məlumat verib.
Neapol dairəsində yolu keçən 33 yaşlı Səlim Hümbətovu avtomobil vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.