Yenilənib
Yaşayış binasında baş vermiş yanğın söndürülüb
Saat 15:34 - Xətai rayonunda bina yanır
Xətai rayonunda yaşayış binası yanır. Bu haqda bu gün, 3 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Rahib Məmmədov küçəsində yerləşən beşmərtəbəli binada baş verib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri aparılır.