Paytaxtın Xətai rayonunda köşklərin birindən oğurluq edilib. Bu haqda bu gün, 22 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, köşkdən 1230 manat dəyərində tütün məmulatları və lotereya biletləri oğurlanıb. Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Elnur Əliyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.