Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Report.az xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.
Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 10-dan çox insan xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.