top
Həftəlik bürclər 3 APREL - 9 APREL
02 aprel 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 3 APREL - 9 APREL

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Bu həftə şəxsi işlərinizlə bağlı məsələlər və yeni başlanğıclarla yadda qalacaq. Həftə ərzində məsuliyyət daşımalı olduğunuz və ailə ilə bağlı məsələlərdə dürüst olmağa çalışın. Aprelin 3-dən sevgidə və əyləncəli hesab etdiyiniz sahələrdə müəyyən durğunluqlar ola bilər. Evlə bağlı məsələlər də bu ərəfələrdə gündəmdə olacaq. Bu həftə iş həyatınız, təhsil və ya uzaq səfərlərlə bağlı məsuliyyəti üzərinizdə olan işlər ətrafında dərindən düşünmək lazım gələcək. Uğurlu günləriniz 3, 5 aprel, uğursuz gününüz isə 8 apreldir.

BUĞA bürcü


Bu həftə yeni düşüncələr içərisində olacaqsınız. Bu vaxtlar sevdiyiniz sahələrə daha həvəslə yanaşa bilərsiniz, ancaq sevgidə və övladlarınızla bağlı məsələlərdə səbirli olmağa çalışın. Həftənin ilk günlərində ev daxilindəki işlər və tərəf müqabilinizə aid məsələlərdə bəzi həssas məqamlar yarana bilər. Həftəsonu, demək olar ki, bütün sahələrdə uğurlu addımlar ata, yaxşı nəticələr əldə edə bilərsiniz. Uğurlu günləriniz 8, 9 aprel, uğursuz gününüz isə 4 apreldir.

ƏKİZLƏR bürcü


Bu həftə bacarıqlarınıza daha çox müraciət edə biləcəyiniz və maddi vəziyyətinizə fikir verəcəyiniz hadisələrdən xəbər verir. Həftənin ilk günlərində sevgidə diqqətçəkən məqamlar gündəmə gələ bilər. Sevgi məsələsində bu həftə daha çox fikirləşməli ola bilərsiniz: seçim arasında qalacaqsınız. Həftənin ortasında, xüsusilə iş həyatınızda ciddi dəyişikliklər ola bilər: bu vaxtlarda başqalarından ala biləcəyiniz tövsiyələri yaxşı ölçüb-biçməlisiniz. Uğurlu günləriniz 5, 6 aprel, uğursuz gününüz isə 7 apreldir.

XƏRÇƏNG bürcü


Bu həftə iş həyatınızda aktivliyinizi tələb edən məsələlər daha çox ön planda olacaq. Sənətinizlə bağlı məsələlərdə daha istəkli olacaqsınız, lakin maliyyə məsələlərində diqqətli olmalısınız. Eyni zamanda uzaqda yaşayan yaxınlarınızla bağlı məsələlər də bu həftə sizi məşğul edə bilər. Bu ərəfədə sağlamlığınıza diqqət yetirməyiniz tövsiyə edilir. Həftəsonuna doğru isə zəkanız və məhsuldarlığınız sizi daha çox ciddi işlərə yönəldə bilər. Uğurlu günləriniz 3, 6 aprel, uğursuz gününüz isə 8 apreldir.

ŞİR bürcü


Bu həftə şərikli olduğunuz məsələlər və iş həyatınızdakı bəzi qərarsızlıqlar müəyyən narahatlığa səbəb ola bilər. Həftənin ilk günlərində gələcəklə bağlı planlarınız haqda ciddi düşünməli olacaqsınız. Bu günlərdə şəxsi həyatınızla bağlı sizi və yaxınlarınızı maraqlandıran məşğuliyyətlər gündəmdə ola bilər. Həftəsonu daha uğurlu addımlar ata biləcəyiniz dövrdəsiniz. Uğurlu günləriniz 7, 8 aprel, uğursuz gününüz isə 9 apreldir.

QIZ bürcü


Bu dövr sizə yeni və maraqlı düşüncələr, sözlərinizdə və görüşlərinizdə özünüzü yaxşı tərəfdən göstərmək üçün imkanlar gətirəcək. Ancaq həftənin ilk günlərində, əsasən, evlə bağlı məsələlər gündəmdə ola bilər. Həftənin ortasında yeni faydalı tanışlıqlar gözləyin: karyeranızda dəyişikliklər gözlənilir. Aprelin 8-dən etibarən şərikli işlərdə və maliyyə məsələlərində ata biləcəyiniz yeni addımların nəticəsini görəcəksiniz. Uğurlu günləriniz 5, 8 aprel, uğursuz gününüz isə 4 apreldir.

TƏRƏZİ bürcü


Bu vaxtlarda qərarsızlıq və tərəddüd içində olacaqsınız. Həftənin ilk günlərində işdə və ailədə həssas vəziyyətlərlə qarşılaşa bilərsiniz: təmkinli olmağa çalışın. Maliyyə məsələlərində yarımçıq qalan işləri tamamlamaq imkanı yarana bilər. Yeni ayın ilk günlərindən etibarən baş verə biləcək hadisələr sizi bir qədər çətin duruma sala bilər. Uğurlu günləriniz 3, 7 aprel, uğursuz gününüz isə 6 apreldir.

ƏQRƏB bürcü


Bu dövr həyatınıza rəngarənglik, yaradıcılıq və aktivlik gətirəcək. İşinizə daha çox vaxt ayıra bilərsiniz. Həftənin ilk günlərində sevgi münasibətinizdə gözlənilməz hadisələr yaşaya bilərsiniz. Dostunuz tərəfindən maraqlı sürpriz gözləyin: çox sevinəcəksiniz. Maddi durumunuzu artırmaq üçün iş birliyi qurmaq şansınız olacaq. Uğurlu günləriniz 5, 8 aprel, uğursuz gününüz isə 4 apreldir.

OXATAN bürcü


Bu həftə nə qədər çox planınız varsa, onları həyata keçirməyə bir o qədər tez başlamalısınız. Həftənin əvvəlində tez bir zamanda ən mürəkkəb və çaşdırıcı işlərin öhdəsindən gələcəksiniz, lakin sonradan bezdirici gecikmələr, səhvlər və uğursuz qərarların olması ehtimalı var. Lakin həftənin ortasında başqaları ilə ümumi dil tapmaq daha asan olacaq. Həftəsonu maraqlı tədbirlərə dəvət olunmağınız mümkündür: bəlkə gələcək ikinci yarınızla burada qarşılaşdınız. Uğurlu günləriniz 7, 9 apreldir, uğursuz gününüz gözlənilmir.

OĞLAQ bürcü


Bu həftə müxtəlif insanlarla çox ünsiyyət qurmalı və hər kəsə yanaşma tapmağa çalışmalı olacaqsınız. Yeni tanışlarda xoş təəssürat yaradacaq və köhnə tanışlarla bəzi vacib məsələlərdə razılaşacaqsınız, lakin bunun üçün müəyyən səy tələb olunacaq. Cümə axşamından sonra istirahət üçün bir az vaxt ayırmalısınız: sağlamlığınız hər çeydən üstün olmalıdır. Çoxdandır arzu etdiyiniz işə sahib olacaqsınız. Uğurlu günləriniz 4, 8 aprel, uğursuz gününüz isə 3 apreldir.

DOLÇA bürcü


Həftənin əvvəli olduqca stresli ola bilər: bu dövr üçün mühüm görüşlər və danışıqlar planlaşdıran Dolça çətinliklərlə qarşılaşa bilər. Həmsöhbətləri maraqlandırmaq və onları haqlı olduğunuza inandırmaq üçün çox səy göstərməli olacaqsınız. Ciddi məsələlərin həlli zamanı tələsməmək daha yaxşıdır, xüsusən də onlar maliyyə və əmlakla bağlıdırsa. Həftənin ikinci yarısı daha əlverişli olacaq: başqaları ilə daha asan ünsiyyət quracaqsınız, qohumlarınız sizi mükəmməl başa düşəcəklər. Bu zaman dostluq və ya romantik görüşlər üçün də münasibdir. Uğurlu günləriniz 5, 8 aprel, uğursuz gününüz isə 7 apreldir.

BALIQLAR bürcü


Həftəni ən vacib işlərlə başlayın: onlarla məşğul olmaq gözlədiyinizdən daha asan olacaq. Ola bilər ki, bu işdə yeni tanışlar sizə kömək edəcəklər və bu, uzunmüddətli əməkdaşlığın və ya həqiqi dostluğun başlanğıcını qoyacaq. Həftə hədiyyələr və xoş sürprizlər vəd edir. Tələsmədən cari işlərin öhdəsindən gələcək, əvvəl başladığınız işləri tamamlayacaqsınız. Xoş bir təsadüf əvvəllər qiymətləndirmədiyiniz insanlara yeni bir nəzər salmağa, onlarla münasibət qurmağınıza kömək edəcək. Uğurlu günləriniz 3, 6 apreldir, uğursuz gününüz gözlənilmir.

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
24 oktyabr 2026, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
24 oktyabr 2026, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
24 oktyabr 2026, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
24 oktyabr 2026, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Oxşar xəbərlər