Paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən çörək istehsalı sexində nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
S.S.Axundov və A.Kunanbayev küçələrinin kəsişməsində yerləşən müəssisədə aparılan yoxlama nəticəsində məlum olub ki, sanitariya-gigiyena qaydalarına riayət olunmur, eləcə də havalandırma sistemi yoxdur, xammallar və inqrediyentlər çirklənmədən qorunmur, işçilər isə tibbi müayinədən keçirilməyiblər.
Aşkar olunan faktlarla bağlı sahibkar məsuliyyətə cəlb edilib, müəssisənin fəaliyyəti dayandırılıb. Yoxlamalar davam edir.
[caption id="attachment_97182" align="alignnone" width="640"]
Foto Qida Təhlükəsizliyi Agentliyi[/caption]