top
Abşeronda qızın saçını yoldu, 6 AY CƏZA ALDI
06 fevral 2025, 07:00
- ↺ +

Abşeronda qızın saçını yoldu, 6 AY CƏZA ALDI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xırdalanda iki qız adapter üstündə dalaşıb.

Bakuplus.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Abşeron Rayon Məhkəməsində keçirilib.

Belə ki, Vəfa Əliyeva (ad şərtidir) 1979-cu ildə Ağdaş rayonunda anadan olub. Dostu Əli Səfərova (ad şərtidir) olan borcunu ödəmək üçün onun evinə gedib. Birlikdə söhbət edən zaman qonşu Aynurə Quliyeva (ad şərtidir) Əlinin evinə gəlib. Bu zaman Aynurə ilə Vəfa arasında mübahisə yaranıb. Vəfa qızı döyərək xəsarət yetirib.

Nəticədə Vəfa Əliyeva Azərbaycan Respublikası CM-nin 128-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə təqsirləndirilib.

Təqsirləndirilən Vəfa Əliyeva ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərib:

“Əliyə olan borcumu vermək üçün onun evinə getdim. Söhbət etdiyimiz zaman evə Aynurə adlı qız gəldi. Əli onu evə dəvət etdi. Mobil telefon adapteri istəyən zaman ona kobud cavab verməsinə görə Aynurə ilə Əli arasında mübahisə yarandı. Bu zaman Əlidən həmin qızın kim olduğunu soruşdum. Aynurə mənə aqressiv cavab verdiyi üçün aramızda mübahisə yarandı və bir-birimizin saçından tutaraq dartdıq. Mübahisə zamanı Aynurə də məni vurub və itələyərək xəsarətlər yetirib.

Sonra Əli bizi ayırdı və hərə öz evinə çıxıb getdi. Bir müddət keçmişdi ki, Aynurə mənim onu döyməyimlə bağlı Abşeron rayon Polis İdarəsinə şikayət etdi. Onun dediyi bütün sözlər yalandır. Mübahisə zamanı ikimiz də bir-birimizin sadəcə saçından tutmuşuq. Aynurənin barmağının sınma ehtimalı yox idi. Onun tək məqsədi ziyanı ödəmək üçün məndən 4-5 min manat almasıdır”.

Məhkəmə iclasında iştirak edən zərərçəkmiş Aynurə Quliyeva istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirib ki, barəsində şikayət etdiyi Vəfanı qonşuluqda yaşayan Əlinin vasitəsilə tanıyıb:

“Təxminən 4-5 ay əvvəl Vəfa Əlinin telefonundan nömrəmi götürüb mənə zəng etdi. Əli ilə aramızda hansı münasibətin olduğunu soruşduqda, yalnızca qonşuluq ünsiyyətimizin olduğunu dedim. Hadisə günü blokda Əlini görüb ondan mobil telefon üçün adapterinin olub-olmamasını soruşduqda qərəzli cavab verdi. Axşam onun evinə gələndə Aynurə məni evin içərisinə çəkib, döyməyə başladı. Sonra baş vermiş hadisə ilə bağlı polisə ərizə yazdım.

Aynurənin məni döyməsinə görə bir müddət işsiz qaldım, ailəmin ehtiyaclarını ödəyə bilmədim. Maddi və mənəvi ziyanın ödənilməsi üçün 5000 manat məbləğində pul lazımdır. Yalnız bu pulu verdikdən sonra barışıq əldə oluna bilər”.

Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Vəfa Əliyevanı təqsirli bilib. Məhkəmənin qərarı ilə Vəfa Əliyeva 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Bu gün, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Bu gün, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Bu gün, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Bu gün, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Bu gün, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Bu gün, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Bu gün, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Oxşar xəbərlər