Yasamal rayonu Ələsgər Ələkbərov küçəsində ağac avtomobilin üstünə aşıb.
Bakuplus.az xəbər verir ki, bu barədə aktyor Elcan Rəsulov şəxsi sosial şəbəkə hesabında paylaşım edib.
"Çürük ağacdır, budanmayıb. İndi maşının üstünə düşdü, adam keçsəydi, ayağı sınsaydı, ölsəydi nə olardı? Çürüyüb kəs, yerinə yenisini ək. Yüz dəfə müraciət etmişəm. Deyirəm, ağacların yuxarısını budayın. Küləkdə budaqları qırılır tökülür. İndi budaq-budaq gəlir. Aşacaq binaların, maşının üstünə", - deyə aparıcı bildirib.