top
“Azərbaycan da titrəyişlərə məruz qalacaq”- Seysmoloqdan  ÖZƏL AÇIQLAMA
23 aprel 2025, 06:52
- ↺ +

“Azərbaycan da titrəyişlərə məruz qalacaq”- Seysmoloqdan  ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün, 23 aprel 2025-ci il tarixində Türkiyənin İstanbul şəhərində güclü zəlzələ baş verib. Zəlzələnin maqnitudası 6.2 olaraq qeydə alınıb və episentri Mərmərə dənizində, Silivri sahillərində yerləşib. Təkanlar yerin təxminən 10 km dərinliyində baş verib və İstanbulun bir çox bölgələrində, o cümlədən Silivri, Beylikdüzü və Esenyurtda hiss olunub .​

Zəlzələ nəticəsində ciddi dağıntılar və ya ölüm halları barədə rəsmi məlumat verilməyib. Lakin bəzi binalarda çatlar və yüngül zədələr müşahidə olunub. Panikaya düşən bəzi sakinlər binalardan tələsik çıxarkən yüngül xəsarətlər alıblar .​

Əsas təkanlardan sonra 4.4 və 4.9 maqnitudalı iki afterşok qeydə alınıb. Sonuncu təkanın episentri Mərmərə dənizində, Büyükçekmece sahillərində olub.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və digər müvafiq qurumlar dərhal əraziyə cəlb olunub, zərərçəkənlərə yardım göstərmək və təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün işlərə başlayıblar. Sakinlərə zədələnmiş binalara daxil olmamaq və yalnız zəruri hallarda mobil rabitə vasitələrindən istifadə etmək tövsiyə olunub .​

Bəzi seysmoloqların proqnozlarına inansaq, daha güclü təkanlar olacaq.

Bəs, görəsən, proqnozlar nə dərəcədə dəqiqdir? Bizim ölkəmizə  dair proqnoz nədir? Türkiyə silkələnsə bizə də təsir edəcəkmi?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin Qiymətləndirilməsi Şöbəsinin rəhbəri, elmlər doktoru, dosent, geofizik, seysmoloq Qulam Babayevin sözlərinə görə, ümumiyyətlə seysmik və tektonik aktivlik dünyada artıb:

“Dünya miqyasında güclü zəlzələlərin baş verdiyini görürdük. Hər zaman demişəm ki, Azərbaycan və bizə qonşu olan ərazilər də istisna deyil. Türkiyə zəlzələ ocaqları ilə zəngindir. Çünki bura nəhəng tektonik plitələrin toqquşma ərazisidir. Və təbii ki, güclü zəlzələ qaçınılmazdır. Mən demişdim ki, İstanbul və onun yaxınlığında güclü zəlzələ gözlənilir.

Bu gün Türkiyədə güclü zəlzələ baş verib. Ərazi məsafə baxımından bizdən uzaqdır. Lakin region aktivləşib. Fiziki qanunlara baxsaq, mütəmadi olaraq Türkiyədə güclü zəlzələdən sonra yenə də ardıcıl zəlzələ olacaq. Bu güclü zəlzələlərin törəməsi də, ocaqların yenidən aktivləşməsi də ola bilər. Əgər qonşu ocaqlar silkələnirsə, Azərbaycan sabit qala bilməz. Mütəmadi olaraq Azərbaycanda hiss olunan zəlzələ qeydə alınacaq. İstər Türkiyədə güclü zəlzələ olsun, istər olmasın”.

“Azərbaycan da titrəyişlərə məruz qalacaq. Amma 4.5 və ya 5,5 maqnitudalı ola bilər. Dərinlik əsas rol oynayır. Səthə yaxın olsa, 3 maqnitudalı zəlzələ hiss olunacaq. Amma dərin qatlardakı 4.5 gücündə zəlzələ  səthə udulmuş formada gəlib çatacaq. Güclü titrəyişlər səthdə olmayacaq”, - deyə Q.Babayev əlavə edib.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Bu gün, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
Dünən, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
Dünən, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
Dünən, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
Dünən, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Dünən, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Dünən, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Dünən, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Dünən, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Dünən, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
23 oktyabr 2026, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
23 oktyabr 2026, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Oxşar xəbərlər