Bakıda daha bir əyləncə proqramı keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 26 may tarixində xəbər verir.
Azərbaycan Respublikasının Gənclər Fondunun 10 illik yubileyi münasibətilə 27 may tarixində bulvarda əyləncə, istirahət və musiqi dolu proqram baş tutacaq.
Qatılmaq istəyənlər saat 14:00-18:00 aralığında intellektual oyunlarda iştirak edə, gənclər təşkilatlarının sərgisi ilə tanış ola, gənc istedadların ifasında rəqs və musiqi nömrələrini izləyə və maraqlı oyunlarla əyləncəli vaxt keçirə bilər.
Tədbirlər Dənizkənarı Milli Parkda (Azərbaycan Dövlət Kukla Teatrının arxası) təşkil olunacaq.