Paytaxtın Binəqədi rayonu, Binəqədi-Biləcəri şosesinin bir hissəsi işıqlandırılmır. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az-a məlumat daxil olub.
Belə ki, şosenin bir hissəsi tam işıqlandırılsa da, digər hissəsi zülmət içindədir. Sakinlər gecə saatlarında hərəkət etməkdə çətinlik çəkirlər. Onların sözlərinə görə, şose boyunca işıq dirəkləri var, ancaq onların bir hissəsi yandırılmır.