Binəqədi rayonu, Ağasadiq Gəraybəyli küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində toyuq-cücə saxlanılır, digər mərtəbə isə narkoman ocağına çevrilib. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az Space TV-yə istinadən məlumat verir.
Hazırda binada 20 ailə yaşayır. Digər ailələr bina qəzalı olduğu üçün köçürülüb. 20 ailə isə onlara təklif olunan kompensasiya ilə razı deyil. Bunun üçün də binada qalmağa israrlıdırlar.
Məsələ ilə bağlı Binəqədi RİH-dən bildirildi ki, əraziyə nümayəndələr göndərilib və qısa zamanda araşdırmalara başlanılacaq.
DİN-in rəsmisi Nurlan Əliyev bildirdi ki, polis əməkdaşları tərəfindən operativ və həssas yanaşılmaqla problemin aradan qaldırılması istiqamətində gücləndirilmiş şəkildə mübarizə tədbirləri həyata keçirilir.
[caption id="attachment_93206" align="alignnone" width="640"]
Foto Space Tv-nin rəsmi Youtube kanalı[/caption]