top
“İki ildir maaşımız karta yüklənəndən sonra əlimizdən alırlar...” - Həkimlər narazıdır
11 mart 2025, 22:44
- ↺ +

“İki ildir maaşımız karta yüklənəndən sonra əlimizdən alırlar...” - Həkimlər narazıdır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“İki ildir ki, dövlətin bizə verdiyi maaşı ala bilmirik. Əməkhaqqımız karta yüklənəndən sonra onu qeyri-qanuni olaraq əlimizdən alırlar”.

Bu iddia ilə qafqazinfo.az-a Mərkəzi Gömrük Hospitalında çalışan həkimlər müraciət ediblər.

Şikayətçilərin sözlərinə görə, 2 il əvvəl rəhbərlik tərəfindən onlara maddi problemlərin olduğu və bu səbəbdən bir müddət maaşlarından tutulacağı bildirilib: “O zaman bizi topladılar və dedilər ki, Dövlət Gömrük Komitəsinin maddi durumu yaxşı deyil, Mərkəzi Gömrük Hospitalına tibbi alətlərin alınması üçün vəsait ayıra bilmir. Bunun üçün də biz həkimlər köməklik göstərməliyik. Dedilər ki, sizin xəstə əməliyyatı və müayinələrdən onsuz da qazancınız olur. Bir müddət sizin gömrükdən əlavə olunan maaşlarınız kartınıza oturduqdan sonra həkim kimi işləyib əldə etdiyiniz qazancdan çıxılacaq. Məsələn, bir həkim ay ərzində 10 əməliyyat edibsə və bütün vergi və xərclər çıxıldıqdan sonra 3 min AZN əməkhaqqısı varsa, gömrükçü dövlət qulluqçusu olduğu üçün də bir o qədər də gömrük maaşı olacaq. Bizə deyirlər ki, siz ancaq həmin o gömrükdən alacağınız pulu alın. Dövlətdən bizə nə qədər maaş, bayram, məzuniyyət pulu gəlirsə, hamısını hesablayıb qazancımızdan çıxırlar”.

Onlar sözügedən problemin bütün həkimləri əhatə etdiyini söyləyiblər: “Bu, Hospitalın qərarı deyil, Gömrük Komitəsi belə qərar verib. Əvvəlcə cəmi 6 ay müddətdə - maddi vəziyyət düzələnə kimi olacağı deyilsə də, artıq illərdir ki, davam edir”.

Şikayətlə bağlı Dövlət Gömrük Komitəsinə müraciət edilib. Qurumdan sorğuya belə cavab verilib: “Mərkəzi Gömrük Hospitalının əməkdaşlarına əməkhaqqı ödənişləri Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bütün həkim heyətinə vəzifə maaşları, məzuniyyət haqları, maddi yardım və mükafatlar vaxtında və tam həcmdə ödənilir”.

Qeyd edək ki, daha əvvəl Dövlət Gömrük Komitəsində işçilərin əməkhaqlarının aylardır ödənilməməsi, həmçinin əməkdaşların məzuniyyət hüquqlarının pozulması kimi hallarla bağlı da məlumatlar yayılmışdı.

 

Son xəbərlər

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Oxşar xəbərlər