Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov sosial şəbəkədə izləyicilərini narahat edən paylaşım edib.
Musavat.com xəbər verir ki, o, statusunda “Bu sizə son sözümdü. Üç gündü yataqdan qalxa bilmirəm” sözlərini yazıb.
Qeyd edək ki, C.Əsgərov bu səhər Kliniki Tibbi Mərkəzin Təcili Yardım şöbəsindən Toksikologiya şöbəsinə köçürülüb.
O, açıqlamasında vəziyyətinin kafi olduğunu bildirib və sözügedən şöbədə 3-4 gün müalicə almaq istədiyini vurğulayıb.
Bildirək ki, Ceyhun Əsgərov bir müddətdir içki asılılığından əziyyət çəkir. Bu səbəblə bir neçə dəfə xəstəxanaya yerləşdirilib.