top
Müsavat fəalının qətlində təqsirləndirilən DİREKTOR MÜAVİNİNİN MƏHKƏMƏSİ
10 fevral 2025, 03:11
- ↺ +

Müsavat fəalının qətlində təqsirləndirilən DİREKTOR MÜAVİNİNİN MƏHKƏMƏSİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda qətl törətməkdə ittiham olunan Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakuplus.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

55 saylı məktəbin müəllimi Rasim Tağıyev ifadəsində bildirib ki, hadisə baş verən gün qeyri-iş günü olub:

“Elsevər müəllim mənə həmin gün zəng edib axşam kafedə oturmağı təklif etdi. Razılaşdım. Biz axşam saatlarında kafedə əyləşdik. Yeyib-içdikdən sonra təxminən saat 22:00 radələrində qalxdıq. Taksi ilə “Koroğlu” metrosu istiqamətində getdik. Metroya çatmamış mən düşdüm, o, taksi ilə yoluna davam etdi”.

Şahid bildirib ki, hadisə baş verən günün səhəri Elsevərlə əlaqə saxlayıb: “Mən onunla danışdım, vəziyyətini soruşdum. O, hər şeyin yaxşı olduğunu, sükan arxasında olduğu üçün danışa bilmədiyini dedi. Mən məktəbə gələndə belə hadisədən xəbərim olmayıb. Eşitdim ki, Natiq işıqları sönülü, qapıları açıq saxlayaraq gedib”.

Daha sonra digər şahid Malik Bayramov ifadə verib.

“Mən kafedə kababçı işləyirəm. Elsevərlə sinif yoldaşı olmuşam. O, mənə səhər zəng edib kabinet sifarişi verdi. Onlar gəlib yeyib-içdikdən sonra getdilər. Hadisəni televiziyadan eşitmişəm”.

Daha sonra hər iki şəxsin ibtidai istintaqa verdiyi ifadə elan olunub.

Zərərçəkən şəxsin hüquqi varisinin nümayəndəsi vəsatət qaldıraraq deyib ki, işə daha ağırlaşdırıcı maddələrlə baxılmalı, məhkəmə baxışına xitam verilməli və prokurorluğa geri qaytarılmalıdır.

Dövlət ittihamçısı vəsatətin baxılmamış saxlanılmasını təklif edib.

Vəsatət baxılmamış saxlanılıb.

Proses fevralın 17-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib. 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edib. Elsevər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Natiq Mehdi (Ulubəy) Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub.

O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. İsa Qəmbər namizədliyini verdikdən sonra namizədliyini geri götürüb.

Onun qətlin üstü açılandan bir neçə gün əvvəl maşını ilə itkin düşdüyü bildirilib.

Elsevər İslamov 55 nömrəli orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Ona Cinayət Məcəlləsinin 120.2.4, 245, 309.2 maddələri üzrə ittiham elan olunub.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Bu gün, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Bu gün, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Bu gün, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Oxşar xəbərlər