Paytaxtın Nəsimi rayonunda iməcilik keçirilib. Bu haqda bu gün, 20 avqust tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Keçirilən tədbirlər çərçivəsində parklar, bağlar və həyətlərdə abadlıq işləri aparılıb, eyni zamanda küçə və prospektlərdə səkilər, məhəccərlər və işıq dirəkləri, eləcə də reklam lövhələri, tullantı konteynerləri yuyularaq təmizlənmişdir.
Hazırda rayonun müxtəlif ünvanlarında abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.
[URIS id=59983]