Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən park əsaslı təmir olunur. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az xəbər verir.
“Park Binəqədi”də aparılan yenidənqurma işləri çərçivəsində əraziyə xüsusi texnika cəlb olunub. Köhnə asfalt örtüyü qaşınıb, plitələr və bordürlər sökülüb. Daha sonra əraziyə yeni asfalt vurulacaq, tamet daşları düzüləcək.
Bundan əlavə, ağaclar budanır, yaşıllıqlara aqrotexniki qulluq göstərilir.
Təmir-bərpa işlərinin yaxın zamanda bitməsi gözlənilir.
[caption id="attachment_107248" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]