Avtomobilində narkotik vasitə daşıyan şəxsi polis saxladı
Bakuplus.az xəbər verir ki, paytaxt ərazisində bir nəfərin idarə etdiyi “Opel” markalı avtomobilində narkotik vasitə olması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 31 yaşlı F.Məlikzadəyə məxsus avtomobilə keçirilən baxış zamanı ondan 3 kq 95 qram marixuana aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.