top
Perinatal Mərkəzin sabiq direktoru: “6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub”
10 fevral 2025, 06:00
- ↺ +

Perinatal Mərkəzin sabiq direktoru: “6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Report.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mehriban Abasquliyevanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

O, ibtidai istintaqa verdiyi ifadəsində mərkəzdə baş verən hadisə ilə bağlı bəzi məsələlərə toxunub. Mehriban Abasquliyeva deyib ki, onu mərkəzdə çarpayı sayının xəstə sayından az olmasında günahlandırırlar. Onun sözlərinə görə, bəzi bölgələrdəki perinatal mərkəzlərdə də çarpayı sayı xəstə sayından az olub.

"Mərkəzdə küveyzlərin təhlükəsizliyinə Təbriz Nəzirli cavabdehlik daşıyıb. O, baş verən qısaqapanma barədə mənə hər hansı bir məlumat verməyib. Ümumilikdə, 6 nəfər öz vəzifə borcunu lazımınca yerinə yetirmədiyi üçün belə bir hadisə baş verib. Həmçinin məndən əvvəl direktor vəzifəsini icra edən şəxs yanğın təhlükəsizliyi ilə bağlı qaydalara əməl etməyib. Onun vəzifədə olduğu 11 ay ərzində avadanlıqlar yanğınla bağlı önləyici tədbirlərin görülməsi üçün yoxlanılmayıb".

Məhkəmənin növbəti iclası martın 3-nə təyin olunub.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

 

Son xəbərlər

Xəbər
Bu gün, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Bu gün, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Bu gün, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Oxşar xəbərlər