Suraxanı rayonunda suyun verilməsində məhdudiyyətin səbəbi və fasilə yaranacaq küçələrin siyahısı açıqlanıb. Bu haqda 26 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Atamoğlan Rzayev küçəsində (“Nişantac” restoranının yanı) magistral su xəttində qəza olub. Nəticədə A.Rzayev küçəsində (Balağanın qarajının yanı) diametri 400mm və 200mm olan su xəttinin siyirtməsi tam bağlanıb.
Bu səbəbdən Əmircan qəsəbəsi, Hasil Bayramov, Atamoğlan Rzayev, Xanlar Ələkbərov, Xanlar Ələkbərov (5-ci Mədən), 3-cü Mədən, Zülal Tağıyev, Keçid 1847, Keçid 1848, Keçid 1849, Elxan Həsənov, Malik Mustafayev, Qulu Quliyev, Zahid Əliyev, 2-ci Mədən, 4-cü Mədən, 6-cı Mədən, Şahin Məhərrəmov küçələri, Səttar Bəhlulzadə, Dalan 17 və Qaraçuxur qəsəbəsi, Mədən küçələrinə suyun verilişində fasilə yaranacaq.