Paytaxtın Xətai rayonunda yerləşən 263 saylı tam orta məktəbin açılışı olub. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Tamamilə sökülərək yenidən inşa olunan təhsil ocağı 2256 şagird və 136 müəllim üçün nəzərdə tutulub. Tikilidə 78 sinif otağı mövcuddur. Onların içində 8 laboratoriya, 1 hərbi otaq və 2 əmək otağı var.
Bundan əlavə, istilik xətləri yenidən qurulub, yeni qazanxana tikilib, 2 su anbarı yaradılıb. Məktəbin ətrafı abadlaşdırılıb, yaxınlıqdakı həyətlərdə istirahət guşələri yaradılıb və idman qurğuları quraşdırılıb.
[caption id="attachment_70549" align="alignnone" width="640"]
Foto report.az saytı[/caption]