top
Xalq artisti Bilal Əliyev: “Özümlə fəxr edirəm” – ÖZƏL MÜSAHİBƏ
11 fevral 2025, 04:23
- +

Xalq artisti Bilal Əliyev: “Özümlə fəxr edirəm” – ÖZƏL MÜSAHİBƏ

“Mən özümü şou-biznesdə yox, Azərbaycan mədəniyyətində görürəm”.

Bu sözləri Bakuplus.az-a müsahibəsində Xalq artisti Bilal Əliyev deyib.

Müsahibəni təqdim edirik:

- Bilal bəy, necəsiniz? İşləriniz necə gedir?

- İşlərim qaydasında gedir, özüm də yaxşıyam. Xalqıma, elimə, obama bacardığım qədər xidmət etməyə çalışıram. Daim xalqımın keşiyində dayanan bir sənətkaram. Haqqı, ədaləti və düzgünlüyü təbliğ edən bir şəxsəm. Hər kəs kimi özüm üçün yaşayıram.

- Son zamanlar efirlərdə çox az-az görünürsünüz. Bunun səbəbi nədir? Televiziyaların fəaliyyətindənmi narazısınız?

- Televiziyalarda bəzi gənc aparıcılar var ki, özlərinə yaxın olan sənətçiləri tanıtmaq üçün efirə dəvət edirlər. Bizləri ikinci plana atmağa çalışırlar. Efirə layiq olmayan insanları üzə çıxarıb, nümayiş etdirmək istəyirlər. Bu da mənim xoşuma gəlmir. Bəzi televiziya aparıcılarının fəaliyyətindən narazıyam.

-  Artıq 2025-ci ilin ikinci ayını yaşayırıq. 2024-cü il sizə görə necə keçdi? Yaradıcılığınızda nə kimi yeniliklər oldu?

- 2024-cü il mənim üçün çox uğurlu keçdi. Çünki ötən il mən 20-dən yuxarı mahnı bəstələmişəm. Bəzilərinin hətta sözləri də özümə məxsusdur. Çoxu mənə uğur gətirdi. İndi də bütün konsertlər və şou-proqramlarda çıxış edən zaman onları səsləndirirəm. Onlardan biri “Gəlin, itirməyək dostları, qardaş”, digəri  “Rəssam, sevgilimin rəsmini çək”... Toy haqqında da bir mahnı bəstələmişəm. Onun sözləri də özümə aiddir. Hamı məndən xahiş edir ki, toyların açılışını o mahnı ilə başladım. Mahnılarımın hər biri mənə uğur gətirib.

- Gənc ifaçılardan kimləri dinləyirsiniz? Gənclərə ümidiniz varmı?

- Gənclərə çox ümidim var. Gənc ifaçılar sırasında 10-a yaxın istedadlı xanəndələrimiz, müğənnilərimizi tanıyıram ki, onlara əhsən deyirəm. Çox gözəl ifaçıdırlar. Lakin adların çəkmək istəmirəm.

- Yəqin ki müşahidə edirsiniz, indi sosial şəbəkə ilə məşhurlaşan müğənnilər daha çoxdur. Bayağı mahnıları ilə tanınıb, toylara gedirlər. Müğənnilər nə üçün ancaq toya getməyi, bunu biznesə çevirib, pul qazanmağı düşünürlər?

- Tarixi keçmişə nəzər salsaq, istedadlı, qocaman sənətkarlarımız belə toylara gediblər. Toylarda püxtələşiblər. Ondan sonra professional səhnəyə gəliblər və öz sözlərini deyiblər. Toylarda sənət öyrənmək dəb idi. Çünki toy musiqinin beşiyi idi.

Lakin bu gün çox təəssüf ki, bayağı müğənniləri akademik musiqinin başına qoymaq istəyirlər. Bu da uçuruma aparır. Hər bir sənətkar gərək addım-addım yüksəlsin. Sosial şəbəkələrdən də düzgün istifadə etmək lazımdır. Sosial şəbəkə ona görə deyil ki, tanınmış adamları və ziyalıları təhqir edəsən. İnsanların səsi, sözü daha tez bir-birinə çatması üçün sosial şəbəkələr yaradılıb. Çox təəssüf ki, bizdə insanlar düzgün istifadə etmir. Bu dəqiqə sosial şəbəkələrə daxil olmaq mümkün deyil, ancaq təhqiramiz ifadələr ilə üzləşirsən. Biabırçı, seksual xarakterli görüntülər artır. Xanımlar pul qarşılığında soyunurlar. Soyuna-soyuna deyirlər ki, şir atın, bir az da soyunum. Sadəcə biabrıçılqıdır.

- “TikTok” sosial şəbəkəsindən siz də aktiv şəkildə istifadə edirsiniz.

- Bəli, mən indi də istifadə edirəm. Hətta bəzən canlı da açıram. Belələrinə görə sosial şəbəkədən qaçmaq lazım deyil. İnsanlara da müraciət edirəm. Ziyalılar hamısı şəbəkələrə gəlməlidirlər. Şərəfsiz insanlar var ki, onların qarşısı alınmalıdır. Kişi xeylağıdır, lakin qadın libasında canlı açır. Bu tip insanlara ziyalılarımız bir ağızdan hər biri cavab verməlidir. Çox təəssüf ki, ziyalılarımız hamısı abrına bükülüb, heç nə demirlər. Neçə dəfə olub həmin ziyalılar deyib ki, sən o söyüş yazana yaxşı cavab verdin. Sakitcə izləyirlər. Reaksiya vermirlər. Sən ziyalısansa, cavab verməlisən. Susmamalısan. Qüsurlarımızı düzəltməliyik. Onlar xalqı gözdən salmağa çalışırlar.

– Özünüzü şou-biznesdə görürsünüzmü?

- Xeyr, mən özümü şou-biznesdə yox, Azərbaycan mədəniyyətində görürəm. Azərbaycan mədəniyyətinin inkişafında zəhməti olan bir zəhmətkeş sənətkar kimi görürəm. Özümlə fəxr edirəm.

- Azərbaycanda sizdən zil səsi olanlar var? Hətta bəzi müğənnilər var, deyirlər ki, 4 oktava səsim var. Sizin səsiniz neçə oktavadır?

- Bunu anlamaq üçün insanların gərək musiqi duyumu olsun. Bir insan ki, deyir 4 oktava səsim var. O düzgün deyil. 4 oktava mümkün deyil. 2.5 oktava desələr, inanaram. Mənim özümə də aiddir. Yalançı səslər ilə 3 oktava etmək olar. Ondan artıq səs dünyada görməmişəm. Mənim səsim 2.5 - 3 oktavaya yaxındır.

- Ümumiyyətlə toylara dəvət alırsınızmı?

- Toylara gedirəm. Lakin əvvəlki kimi getmirəm. Artıq 66 yaşım olacaq. İşimi elə qururam ki, yarım saat ifa edim. Gözəl əsərlər oxuyub, evimə qayıdıram. Qazancım da normaldır. Dolanırıq. Şikayətim yoxdur.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 17:11

Xətai rayonunda aparılan inşaat işləri BİNALARI TƏHLÜKƏYƏ ATIR?

Xəbər
Bu gün, 15:11

Bakıda tələbə faciəli şəkildə öldü

Xəbər
Bu gün, 14:03

Gəlinlik salonunda satıcı müştərini çimdiklədi - "İy gəlirdi"

Xəbər
Bu gün, 13:38

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Xəbər
Bu gün, 12:26

Şəhid jurnalist Sirac Abışovun doğum günüdür

Xəbər
Bu gün, 11:25

Azərbaycanın ilk Xalq artisti - Onu Bakıya kim dəvət etmişdi?

Xəbər
Bu gün, 10:15

Yol polisi sürücülər müraciət etdi: DİQQƏTLİ OLUN

Xəbər
Bu gün, 09:23

Milli Qəhrəman, jurnalist - Yaşasaydı 66 yaşı olacaqdı...

Xəbər
Dünən, 23:48

6 idmançımız yarımfinala yüksəldi - Çimərlik güləşi üzrə Dünya Seriyası...

Xəbər
Dünən, 22:12

Sənədsiz ev problemi necə həll oluna bilər? – Açıqlama

Xəbər
Dünən, 21:10

Xidmət rəisi: "Kommunikasiya xətlərinin üzərində tikilən evlərin sənədləşdirilməsi mümkün deyil"

Xəbər
Dünən, 19:43

Polşa səfiri XİN-ə çağırıldı, etiraz notası təqdim edildi

Xəbər
Dünən, 18:02

IV qrupda ali məktəbə qəbul ola bilməyənlər üçün alternativ seçimlər - DİM sədri AÇIQLADI

Xəbər
Dünən, 17:16

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

Xəbər
Dünən, 15:20

Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu

Xəbər
Dünən, 14:35

"Biz "Qarabağ"dan çox şey öyrəndik" - "Sabah"ın baş məşqçisi

Xəbər
Dünən, 13:30

Bakıda tarixi binalarda təmir işləri görənlərə xəbərdarlıq olundu

Nizami
Dünən, 12:17

Əvvəl sevgilisini, sonra özünü öldürüb - Detallar məlum oldu

Xəbər
Dünən, 11:40

Nigar Fərhadın ərini DTX həbs edibmiş

Xəbər
Dünən, 11:38

Xırdalan-Biləcəri sahəsində təmir işləri başlayıb

Xəbər
Dünən, 10:38

Bakıda ata maşın almaq istəyən oğlunu bıçaqladı

Xəbər
Dünən, 09:55

Azərbaycanda bu universitetlər təhsil haqqını artırdı

Xəbər
Dünən, 09:53

Rübabə Muradovanın anım günüdür

Xəbər
27 avqust 2026, 18:00

Bakıda sirkə turşusu kişinin həyatına SON QOYDU

Oxşar xəbərlər