Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində 56 yaşlı qadın qızı və 3 azyaşlı nəvəsi ilə yaşayış üçün yararlı olmayan tikilidə qalır. Bu haqda bu gün, 11 dekabr tarixində Bakuplus.az BakuTV-yə istinadən məlumat verir.
Evsiz qalan Məhbubə Musayeva bildirib ki, maddi gəliri olmadığı üçün çətin vəziyyətə düşüb. Artıq 20 ilə yaxındır ki, daxmada qalırlar.
“Uşaqlarla qucaqlaşıb yatırıq”, - deyə qadın bildirib.
Onun sözlərinə görə, bununla bağlı dəfələrlə aidiyyəti strukturlara müraciət etsə də, nəticəsi olmayıb:
“Qonşunun evinin divarı körpəmin üstünə uça bilər. Heç olmasa uşaqlara kömək etsinlər”.
Əlavə süjetdə: