top
Məşhur kimyaçı Mendeleyevin Bakı səfərləri
30 iyul 2022, 02:00
- ↺ +

Məşhur kimyaçı Mendeleyevin Bakı səfərləri

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

XIX əsrin ortalarında rus kimyaçısı Dmitriy Mendeleyev bir neçə dəfə Bakıya səfər etmişdir. Bakı neft sənayesinin inkişafı onun adı ilə bağlıdır.

1905-ci ildə Mendeleyev “Ən istəkli fikirlər” kitabında Bakıya birinci səfərini belə xatırlayır: “1863-cü ildə o vaxtkı məşhur fiqur Kokarev məni Bakıya getməyə dəvət etdi, o, burada neft emalı ilə məşğul olurdu və illik zərəri 200.000-dən az deyildi. “Ya zərərləri aradan qaldırmağa kömək edin, ya da zavodu bağlayın”,- dedi. İşin özü məni hədsiz maraqlandırmışdı. Yerində mümkün olduğu qədər hər şeyi nizama salmağa çalışdım və belə alındı ki, artıq bir il sonra xalis gəlir 200.000 rubldan artıq idi”. Bu səfər zamanı alim neft sənayesinin inkişafı üçün iltizam sisteminin və kerosin aksizinin ləğv edilməsinin vacibliyini qeyd etmişdi. [Менделеев Д. Заветные мысли. Санкт-Петербург - 1905] [Баку. Исторические и достопримечательные места. Баку-1956]

1878-ci ildə ikinci dəfə Bakıya gələn Mendeleyev neftin tərkibindən ağ neft ayrılandan sonra qalan kütlədən sürtkü yağları alınması üçün istifadə olunmasını təklif edib. O, Bakı yataqlarından neftin istilik və işıqlandırma üçün istifadə edilməsinə qarşı çıxıb. Mendeleyevin məşhur “neft yanacaq deyil, əsginaslarla da qalamaq olar” ifadəsi də bu dövrə aiddir.

1880-ci ildə Mendeleyev yenidən Bakıya səfər etdi. Alim isti iqlimdə emal müəssisələrinin qurulmasının iqtisadi cəhətdən səmərəli olmadığı fikrini irəli sürdü. Bu yanaşma Bakıda neft kompleksinin gələcək inkişafında çətinliklərə səbəb oldu. Xam neftin çox hissəsini Bakıda emal gücünün olmaması səbəbindən şimala nəql etmək lazım gəlirdi. Həmin il kimyaçı Bakı-Batum neft kəmərinin tikintisi haqqında fikir irəli sürdü. [https://www.ens.az/az/mendeleyev-bakiya-amerikani-otmekde-nece-komek-etdi] 

Mendeleyevin Bakıya son səfəri 1883-cü ildə baş tutur. Alimə Bakı neft yataqlarının perspektivlərini qiymətləndirmək tapşırılır. Səfərin sonunda Mendeleyev 135 səhifəlik bir hesabat yazır. Hesabat “Bakı Neft İşi” adı ilə ayrıca kitab şəklində də nəşr edilir. Hesabatın sonunda alim belə nəticəyə gəlir: “Mənə Bakının istismar olunan ərazilərində neftin tükənməsinin başlanmasının bir əlaməti məlum deyil...Bakı nefti bütün dünyaya çatacaq”. [Менделеев Д. Бакинское нефтяное дело в 1886 году. Санкт-Петербург-1886]

Bakıda, Axundov adına Azərbaycan Milli Kitabxanasında Mendeleyevin abidəsi ucaldılıb, Neft-Kimya Prosesləri İnstitutunun qarşısında isə büstü qoyulub.

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
03 noyabr 2026, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
03 noyabr 2026, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Oxşar xəbərlər