Futzal üzrə Azərbaycan - Türkmənistan yoldaşlıq oyunları ləğv olunub. Bu haqda 11 avqust tarixində Bakuplus.az məlumat verir.
Bakı İdman Sarayında avqustun 17-də və 19-da baş tutacağı gözlənilən qarşılaşma təxirə salınıb. Səbəb isə Türkmənistan millisinin sənədləşmə prosesini vaxtında etmədiyi və ölkəmizə giriş üçün viza ala bilmədiyindən ibarətdir.
Buna görə də, Azərbaycan millisinin bu komanda ilə keçirəcəyi oyunlar, eləcə də avqustun 9-dan 20-dək nəzərdə tutulan təlim-məşq toplanışı ləğv olunub.