MMA döyüşçüsü Toğrul Mikayılovun növbəti görüşü baş tutacaq. Bu haqda 11 avqust tarixində Bakuplus.az məlumat verir.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürəni çavuş Toğrul Mikayılov 61 kq çəki dərəcəsində Milad Huseyini ilə qarşılaşacaq. Döyüş 28 avqust tarixində Türkiyənin Giresun şəhərində baş tutacaq.
Mikayilov Toğrul Bahadır oğlu 24 oktyabr 1996-cı ildə Bakıda anadan olub. O, Kunq-fu sanda üzrə 5 qat dünya, 8 qat Azərbaycan çempionudur. Toğrul Mikayılov, həmçinin Aprel döyüşlərinin iştirakçısıdır.