Binəqədi rayonunda dağ velosipedi üzrə Bakı Kuboku təşkil olunacaq. Bu haqda BakuPlus.az bu gün, 9 avqust tarixində xəbər verir.
Avqustun 10-da Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarış Xocəsəndə yerləşən Dağ Velosipedi Parkında baş tutacaq.
Yarışda U-15, U-17 və gənclər yaş kateqoriyalarında olan oğlanlar, həmçinin Elit/U-23 yaş kateqoriyasında olan kişi velosipedçilər iştirak edəcəklər.
15 və 17 yaşadək velosipedçilər təyin olunmuş marşrut üzrə 2 dairə, gənc oğlanlar və Elit/U23 yaş kateqoriyasında olan kişilər isə 3 dairə qət edəcəklər.
Qaliblər hər yaş kateqoriyasında ən yaxşı vaxta görə müəyyən ediləcək.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) mövcud qaydalarına əsasən keçiriləcək yarışa saat 17:00-da start veriləcək.
Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunacaq.