Sabah Bakıda "Qarabağ" - "Viktoriya" futbol oyunu ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sakinlərə müraciət edib. Bu haqda 16 avqust tarixində Qafqazinfo məlumat verib.
17 avqust saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” və Çexiyanın "Viktoriya" klublarının oyunu baş tutacaq. DYP xahiş edir ki, oyunu izləməyə gələnlər mümkün qədər ictimai nəqliyyatdan istifadə etsinlər.
“Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər”, - DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.