UEFA paytaxt klubuna pul köçürüb. Bu haqda bu gün, 12 avqust tarixində Bakuplus.az Futbol Federasiyaları Assosiasiyasına istinadən xəbər verir.
Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə UEFA “Neftçi” PFK-ya 100.000 EUR, yəni 174.914 AZN vəsait verib.
Paytaxt təmsilçisi mübarizəni 3-cü mərhələdə dayandırıb. Komanda Avstriyanın “Rapid” klubuna iki oyunun nəticəsinə görə məğlub olub.