“Neftçi”nin Avstriya klubu ilə oyuna hazırlıqları davam edir. Bu haqda BakuPlus.az bu gün, 10 avqust tarixində xəbər verir.
Avqustun 7-də Şamaxı şəhər stadionunda baş tutan Misli Premyer Liqasının 1-ci tur oyununun ertəsi günü “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edən komandamız bu gün də eyni məkanda hazırlıq keçib.
Məşqdə, əsasən toplu çalışmalar yerinə yetirilib.
“Rapid” - “Neftçi” görüşü avqustun 11-i Bakı vaxtı ilə saat 22:30-da “Alyans” stadionunda keçiriləcək.