top
“Neftçi” Qurban Qurbanovu “Qarabağ”a bağışladı” - RƏY
30 yanvar 2025, 05:58
- ↺ +

“Neftçi” Qurban Qurbanovu “Qarabağ”a bağışladı” - RƏY

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

”Neftçi” rəhbərliyi səhvi mövsümün əvvəlində etdi. Mutu, Miodraq kimi təyinatlaracan gedib çıxmıram. Mövsüm öncəsi Roman Qriqorçukun ağlasığmaz hazırlıqsızlığı, çempionata dırnaqarası yanaşması və təkəbbürlü idarəçiliyi bir sezonu zibilxanaya atdı”.

Bu sözləri Bakuplus.az-a açıqlamasında apasport.az saytının baş redaktoru Rasim Sultanzadə deyib.

Rasim Sultanzadə deyib ki, Roman Qriqorçuk mövsüm öncəsi hazırsızlığını “Neftçi”dən gedəndən sonra Ukrayna mətbuatına etiraf edib: “Bundan başqa o köməkçi, fiziki hazırlıq üzrə məşqçilərin verdiyi raportları ciddiyə almadı, hər şeyi bildiyini düşündü. Ağlı Qəbələdə işlədiyi vaxtda qaldığından çempionata ciddi yanaşmadı”.

Baş redaktor bildirib ki, indiki halda radikal dəyişikliklər lazım olan effekti verməyəcək: “Radikal dəyişikliklərə misal olaraq baş məşqçi dəyişikliyi, birdən-birə 10-dan çox futbolçu ilə yolların ayrılması, rəhbərliyin istefası kimi şeyləri göstərmək olar. Amma demək olar ki, belə şeylərin çoxu daha əvvəl baş verib və bir nəticə hasil olmayıb. Əvvəla problemi, sonra həll yolunu müşahidələrimə əsasən deyim. İndiyə qədər gətirilən faciəvi oyunçular, qurula bilməyən sistem, inana bilməyəcəyiniz dərəcədə pis hazırlıq, təlim-məşq toplanışı... Məncə, artıq ən azyaşlı azarkeş də problemin indiki baş məşqçidə olmadığını bilir. Bir mövsümü qurtarmaq göstərici deyil. Birmənalı olaraq Samir Abasovla müqaviləni uzatmaq və vaxtilə “Qarabağ”ın Qurban Qurbanova göstərdiyi səbri, dözümü ona da göstərmək lazımdır. Qoy, 3 il də nəticə olmasın, 5 transferdən 2-si yaxşı olsun, amma o sistem, o komanda qurulsun. “Neftçi”nin dövrü başlasın. Rəhbərlik məsələsinə gəldikdə isə dediyim kimi, düşünürəm ki, ən böyük səhv yayda Qriqorçuku komandanın başına gətirmək oldu. Başda mən olmaqla, hamı rəhbərliyin bu təyinatını alqışlasa da, gördük ki, zaman həmin zaman deyil, Roman da... Açıq danışacam, futbolçuların əksəriyyəti çox zəifdir, keyfiyyəti aşağıdır. Bu gün mən baş məşqçi olsam yayda bu komandadan maksimum 4 futbolçu saxlayıb, qalanını göndərərəm. Sek, Emin Mahmudov, Murad Məmmədov... Azarkeşlərə səslənirəm, görün, siz komandada saxlamağa 5 oyunçu tapa bilirsiz? Abasovun adicə Sumqayıtındakı İsa Süleyman kimi bir müdafiəçisi var “Neftçi”də? Əvvəla bunları düşünmək lazımdır. 6 aydan, 1 ildən bir məşqçi dəyişməklə uğur qazanılmır. Uğurun açarı stabillikdir, sistemdir. “Neftçi” o vaxt Qurban Qurbanovu “Qarabağ”a bağışladı, “Qarabağ” zaman verdi, səbirli oldu, o da sistemini qurdu. İllərdir də Azərbaycan futbolu “Qarabağ”ın çörəyini yeyir. Stabillik. Bundan sonrakı prosesdə rəhbərlik də, Samir Abasov da qulağını tutub, dişini sıxıb, başını aşağı salıb işləməlidir. Cəfalı periodu keçəndən sonra azarkeşlərlə birlikdə səfa sürüb, “Neftçi” dövrünü böyük zövqlə izləyəcəklər...”

Kamran Rza

Son xəbərlər

Xəbər
Bu gün, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Bu gün, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Bu gün, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Bu gün, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Bu gün, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Bu gün, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Bu gün, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Bu gün, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Bu gün, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Bu gün, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Oxşar xəbərlər