Sabah keçiriləcək “Qarabağ” - “Viktoriya” oyununa biletlərin hamısı satılıb, klub satışa yeni biletlər çıxarıb. Bu haqda 16 avqust tarixində Qarabağ FK xəbər verib.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Viktoriya" oyununda qonaq komandanın azarkeşləri tribunada yer almayacaqlar. Bu səbəbdən qonaq sektoruna aid 2500 ədəd bilet azarkeşlər üçün təkrar satışa çıxarılacaq.
Həmin biletləri iticket.az saytı vasitəsilə və kassalardan almaq mümkündür.
Xatırladaq ki, 17 avqust saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” Çexiyanın "Viktoriya" klubunu qəbul edəcək.