Bakıda beş ildən sonra yenidən UEFA Çempionlar Liqasının himni səslənəcək. Bu haqda BakuPlus.az bu gün, 10 avqust tarixində xəbər verir.
III təsnifat mərhələsinin ilk qarşılaşmasında Bakıda Macarıstan "Ferentsvaroş"u ilə 1:1 hesablı heç-heçə edən "köhlən atlar" Budapeştdə rəqibinə qalib gəliblər - 3:1.
Beləliklə, "Qarabağ"ın qitənin bir nömrəli klub turnirində pley-offa yüksəlməsi sayəsində bu tarixi məqam yenidən gerçəkləşəcək.
Qeyd edək ki, "Qarabağ" pley-offda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə üz-üzə gələcək. Bu raundun ilk matçları 16-17 avqustda, cavab görüşləri 23-24 avqustda olacaq.