20 nömrəli məktəb-lisey qızılcaya yoluxma faktları ilə bağlı açıqlama verib. Sosial şəbəkələrdə yayılan məlumatın həqiqətə uyğun olmadığı qeyd edilib.
“Ümumiyyətlə, məktəb üzrə indiyədək 9 şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtda ayrı-ayrı siniflər üzrə) qeydə alınıb”, – açıqlamada deyilir.
15:52 - 20 saylı məktəb-liseydə 10 şagird və 1 müəllim qızılcaya yoluxublar
Bakının Yasamal rayonundakı A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə qızılcaya yoluxma faktları qeydə alınıb. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən məlumat verir.
Verilən məlumata görə, bir sinifdə 10 şagird və 1 müəllim xəstələniblər.
Sinifdə tədrisin distant təhsilə keçib-keçməyəcəyi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qərarı gözlənilir.