24 il axtarışda olan şəxs Xəzər rayonunda saxlanılıb. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 10 noyabr tarixində xəbər verir.
12 yanvar 1998-ci il tarixindən Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə axtarışı elan edilmiş Rizvan Həsənov Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmin şəxs axtarışdan yayınmaq üçün bu illər ərzində vaxtaşırı yaşadığı ünvanları dəyişib.