Bakı sakinləri Qubada narkotik üstündə saxlanılıblar. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Paytaxt sakinləri Vüqar Kərimov, Eltac Quliyev, Vadim Abramov Quba rayonu ərazisində tutulublar. Onların üzərindən 2 kiloqramdan artıq marixuana, 2 “Kalaşnikov” markalı avtomat və tapança aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işinə başlanılıb.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/02/sequence-035.mp4"][/video]