Bakı və Sumqayıtda bank kartlarından oğurluq etməkdə şübhəli bilinən qadınlar tutulublar. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
3 nəfər qadın 1 nəfərin bank kartından 1850 AZN pulunu, digər bir nəfərin bank kartından 1000 AZN, Sumqayıt şəhərində isə bir nəfərin bank kartından 150 AZN pulunu oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onlar barəsində araşdırmalar davam edir.