2 oktyabr tarixində Bakı sakini ölü olaraq tapılıb. Hadisə Hacıqabul rayonunda baş verib. Bu haqda APA xəbər verib.
Paytaxt sakini olan 35 yaşlı Vüsal Məmmədovun meyiti Hacıqabulun Rəncbər kəndində aşkarlanıb. Onun üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.
Meyit müayinə olunmaq üçün Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.