Xətai rayonunda yük avtomobili qəza törədib. Bu haqda 14 dekabr tarixində Avtosfer.az xəbər verib.
Bakının 8 Noyabr prospektində, 59 saylı orta məktəbin yanında "Shagman" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və yolun kənarındakı obyektin hasarına çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza zamanı obyektə ciddi ziyan dəyib.