Bakıda xəsarətlə nəticələnən daha bir yol qəzası baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 27 oktyabr tarixində xəbər verir.
Binəqədi rayonunda yolu keçmək istəyən 59 yaşlı Ofelya Zeynalovanı avtomobil vurub.
Xəstəxanaya çatdırılan yaralıya sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.